Politicon.co

Livanda pandemiya və iqtisadi böhran 

Livanda pandemiya və iqtisadi böhran 

Foto: Livanda söz oyunu (saç kəsimi = baş kəsimi): Bu ifadədəki “saç kəsimi” əslində əhalinin banklardakı depozitlərinə hökumətin tətbiq etdiyi endirimə istinaddır / Samer Əl-Haccar, aprel 2020

 

Pandemiya və onun yan təsirləri başqa ölkələr kimi Livana da təsir göstərir. Siyasi ekspert Samer Əl-Haccar Mələk Novruzovaya qısa müsahibəsində bu kiçik ölkələki ümumi vəziyyət haqqında məlumat verir. 

Novruzova: Aprel ayının ortasına olan məlumata görə Livanda pandemiya ilə bağlı ümumi vəziyyət necədir? Hökumət problemin  həlli üçün  hansı tədbirləri görür?

Əl-Həccar: Səhv etmirəmsə, Livanda KOVİD-19-a yoluxanların sayı təxminən 670 nəfərdir. Hökumətə gəlincə, testlər baxımından vəziyyət hec də yaxşı deyil. Məsələn, gün ərzində keçirilən testlərin maksimal sayı 700 civarındadır ki, bu da kifayət deyil. Bu, xəstəliyə yoluxanların sayının vəziyyətin göstəricisi olmadığı və səhiyyə baxımından vəziyyətin yaxşı olduğuna əminlik baxımından daha çox sınaq keçirməyin zəruri olduğu deməkdir. Əslində biz İkinci Dünya müharibəsindən, hətta Livanın müstəqilliyindən bəri ən böyük iqtisadi böhranla üzləşmişik.

Səhiyyədəki çətinliklərdən əlavə böhranın mövcud iqtisadi, siyasi və sosial tərəfləri nələrdir? 

Artıq qeyd etdiyim kimi, İkinci Dünya müharibəsindən bəri bu ölkədə ən ciddi, ən təhlükəli və ən böyük böhranla qarşılaşmışıq. Əslində iqtisadi vəziyyət fəlakət vəziyyətindədir. İqtisadi və maliyyə itkiləri gözlənilir: bir hesabata görə, bu itkilər 83 milyard dollar, yəni yerli iqtisadiyyatın 1,5 qat ölçüsü səviyyəsində olacaq. Bank sferasında da durum mürəkkəbləşib: banklardan pul çıxarmaq artıq mümkün deyil. İnsanlar yüksək inflyasiya və işsizlik səviyyəsi ilə üzləşib, yoxsulluq da artmaqdadır.

Maliyyə problemlərinin öhdəsindən gəlmək üçün hökumətin aydın və ciddi bir planı yoxdur. Hökumət maliyyə itkisinin bütün məsuliyyətini vətəndaşların üzərinə qoymağa çalışır, korrupsioner siyasətçilər hələ də öz vəzifələrində qalaraq qaldıqda və əhalidən oğurladıqları pulları yeməklə məşğuldurlar.

Əhali arasında ümumi əhval-ruhiyyə necədir? 

Əhali iqtisadi durumla bağlı qəzəbli, kədərli və məyus haldadır. İqtisadiyyat pisləşdikcə artan qiymətlərdən heç kim razı qala bilməz. İnsanlar o qədər qəzəblidir ki, tezliklə mövcud siyasi quruluşa etiraz etmək üçün yenidən küçələrə çıxacaqlar.

Sizcə, Livan pandemiya sonrası dövrdə hansı dəyişikliklərə məruz qalacaq 

Düşünürəm ki, pandemiyadan sonrakı dövr üçün əsas problem hökumətin iqtisadi vəziyyəti necə həll etməsi və ya problemləri  aradan qaldırılması ilə bağlıdır. Bu məsələ kifayət qədər çətin olacaq. Həyat tərzi, iqtisadi vəziyyət, iqtisadi göstəricilər baxımdan nisbətən  dəyişikliklər baş verəcək. İnsanlar həyat tərzini dəyişəcək və iqtisadi vəziyyət daha gərgin olacaq olacaq. Hal-hazırda pandemiyaya görə baş verən qlobal iqtisadi böhran da işləri çəintləşdirir. 


DİGƏR YAZILAR