Politicon.co

Politicon yazı müsabiqəsi

Politicon yazı müsabiqəsi

Məmnuniyyətlə bildiririk ki, Politicon növbəti yazı müsabiqəsini elan edir. Müsabiqəyə siyasət, tarix, beynəlxalq münasibətlər və sosial elmlər sahəsində analitik yanaşma və orijinal baxışlarla hazırlanmış yazılar qəbul olunur. 

Qaydalar:

Dil: Azərbaycan və ya İngilis

Söz limiti: Maksimum 2500 söz

Qeyd: Müsabiqədə yalnız Azərbaycan ərazisində yaşayan şəxslər iştirak edə bilər.

Yazı formatı:

  • Analitik məqalə
  • Esse
  • Kitab icmalı (mövzuya uyğun)

Yazılar orijinal olmalı, məntiqi quruluşa malik olmalı və mövzuya dərindən yanaşmalıdır.

Mükafatlar:

Kriteriyalara uyğun olan yazılar mərhələli şəkildə saytımızda dərc ediləcək.
Saytda paylaşılmış yazılar arasından:

Ən yaxşı 2 kitab icmalına – hər biri üçün 100 AZN pul mükafatı

Ən yaxşı 2 analitik məqalə və ya essedə – hər biri üçün 100 AZN pul mükafatı təqdim olunacaq.
 

Bundan əlavə, qaliblərə Topçubaşov Mərkəzində təcrübə proqramında iştirak imkanı da verilə bilər.


Müraciət üçün: Yazılarınızı pdf formatında [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix: 31 avqust 2025

 

  • ETİKETLƏR :

DİGƏR YAZILAR