Politicon.co

Rusiya Ukrayna ilə nə etməli

Rusiya Ukrayna ilə nə etməli

3 aprel tarixində Rusiyanın dövlət medialarından biri olan Ria-Novosti "Rusiya Ukrayna ilə nə etməli" adı altında məqalə dərc olunmuşdur. Həmin məqaləni Rusiyanın Ukraynaya hücumuna haqq qazandıran və rus ekspansionizmin əsas prinsiplərini açıq-aşkar göstərən mənbə kimi qiymətləndirib düşünürük ki, Azərbaycanlı oxucumuz bu məsələlərdən tam xəbərdar olmalıdır və Moskvanın əsl məqsədlərini dərk etməlidir. Bu məqsədlə həmin yazının qısaldılmış versiyasını Azərbaycan dilində təqdim edirik.

 

Hələ ötən ilin aprel ayında biz Ukraynanın denasifikasiyasının labüdlüyü haqqında yazmışdıq. Nasist və banderaçı Ukrayna, Rusiyanın düşməni və Rusiyanın məhv edilməsinə düzəldilmiş Qərb aləti formasında bizə lazım deyil. Bu gün denasifikasiya məsələsi praktiki müstəviyə keçmişdir.

Xalqın böyük hissəsi, çox güman ki, onun əksəriyyəti, nasist rejiminin öz siyasətinə cəlb olunduğu halda, denasifikasiya zəruridir. Yəni "xalq yaxşıdır — hakimiyyət pisdir" fərziyyəsi işləmədikdə. Bu faktın tanınması denasifikasiya siyasətinin, onun bütün əməllərinin əsasıdır, faktın özü isə onun məğzini təşkil edir.

Əlinə silah almış nasistlər cəbhədə maksimum şəkildə məhv edilməlidir. Ukrayna Silahlı Qüvvələri ilə milli batalyonlar, həmçinin bu iki növ hərbi birləşməyə qoşulmuş ərazi müdafiəsi arasında əhəmiyyətli fərq qoyulmamalıdır. Onların hamısı eyni dərəcədə dinc əhaliyə qarşı hədsiz qəddarlıqla məşğuldurlar, eyni zamanda rus xalqının soyqırımında günahkardırlar, və müharibə qanunlarına və adətlərinə riayət etmirlər. Hərbi cinayətkarlar və fəal nasistlər hər kəsin qarşısında cəzalandırılmalıdır. Ölkənin onlardan təmizlənməsi işi aparılmalıdır. Özünü nasizm praktikası ilə əlaqələndirən istənilən təşkilat ləğv edilib, qadağan edilməlidir. Bununla yanaşı, idarəçilərdən başqa, passiv nasistlər, nasizmin davamçısı olan xalq kütləsinin böyük bir hissəsi də günahkardır. Onlar nasist hakimiyyətini dəstəkləyib ona tabe oldular. Əhalinin bu hissəsinin ədalətli cəzalandırılması yalnız imkan daxilində mülki şəxslərlə ehtiyatlı davranaraq, nasist sisteminə qarşı ədalətli müharibənin aparılması nəticəsində verilən zərərlər vasitəsilə mümkündür. Bu kütlənin sonrakı denasifikasiya təkcə siyasi sahədə deyil, həm də mədəniyyət və təhsil sahəsində də vacib olan nasist qurğularının ideoloji repressiyaları (sıxışdırılması) və sərt senzura ilə əldə edilən yenidən tərbyədən ibarətdir.Nasist rejiminin Rusiya üzərində qələbəsindən, nasist təbliğatından, daxili zorakılıqdan və terrordan, həmçinin, Ukrayna nasizminə qarşı üsyan etmiş Donbass xalqı ilə səkkiz illik müharibədən dividendlər vəd etməklə əhalinin kütləvi nasifikasiyası məhz mədəniyyət və təhsil vasitəsilə hazırlanıb və həyata keçirilib.

Denasifikasiya müddəti denasifikasiya şəraitində doğulmalı, böyüməli və yetkinliyə çatmalı olan bir nəsildən az ola bilməz. Ukraynanın nasifikasiyası Ukrayna millətçiliyi siyasi özünüifadə hüquqi və legitim formaları əldə edib və "müstəqillik" hərəkatına rəhbərlik edərək nasizmə can atdığında, ən azı 1989-cu ildən başlayaraq, 30 ildən artıq davam edib.

Nasiləşdirilmiş müasir Ukraynanın özəlliyi nasizmin "müstəqillik" və "Avropa" (Qərb, amerikapərəst) "inkişaf" (reallıqda — deqradasiyaya doğru aparan) yolu ritorikasına bürünməsi və Ukraynada "heç bir nasizmin, tək-tük hadisələr çıxmaqla” olmadığını iddia etməyə imkan verən onun amorfluğudur. Çünki Ukraynanın nə əsas Nasist partiyası, nə fürer, nə də tam hüquqlu irqi qanun yoxdur (yalnız onların rus dilinə qarşı repressiya şəklində kəsilmiş variantı). Nəticədə, heç bir müxalifət və rejimə müqavimət formalaşmadı.

Lakin bütün sadalananlar Ukrayna nasizmini XX əsrin birinci yarısının alman nasizminin "yüngül versiyası" kimi qiymətləndirməyə əsas vermir. Əksinə, Ukrayna nasizmi bu cür "janr"  çərçivələrindən və məhdudiyyətlərindən azad olduğu üçün o, sərbəst şəkildə hər bir nasizmin - Avropa və ən inkişaf etmiş formada Amerika irqçiliyinin fundamental əsası kimi ortaya çıxır. Buna görə də denasifikasiya kompromis yolu ilə, "NATO-ya — yox, Aİ-yə— hə" tipli düsturlar əsasında aparıla bilməz. Kollektiv Qərb özü Ukrayna nasizminin qurucusu, mənbəyi və sponsorudur, banderaçı kadrlar ı və onların "tarixi yaddaşı" isə Ukraynanın nasifikasiya alətlərindən yalnız biridir. Ukronasizm Hitler ənənəsində olan alman nasizmi ilə müqayisədə dünya və Rusiya üçün daha böyük təhlükə mənbəyidir.

"Ukrayna" adı, güman ki, nasist rejimindən azad və tamamilə denasifikasiya edilmiş heç bir ərazidə dövlət titulu kimi saxlana bilməz. Nasizmdən azad olan məkanda yeni xalq respublikaları yaradılmalıdır. Onların siyasi yönümlülüyü bitərəf ola bilməz və o, Rusiyaya düşmən münasibət bəslədiklərinin günahının bədəli olaraq yalnız bərpa, dirçəliş və inkişaf proseslərində Rusiyaya arxalanaraq həyata keçirilə bilər. Bu ərazilər üçün heç bir "Marşal planı"nın işlənməsinə yol vermək olmaz. Denasifikasiya ilə yanaşı ideoloji və praktiki mənada heç bir "bitərəflik" ola bilməz. Denasifikasiya qaçılmaz olaraq deukrainləşmə də deməkdir – hansı ki, hələ sovet hakimiyyəti tərəfindən başlanmış Malorossiya və Novorossiya tarixi ərazilərinin əhalisinin öz müqəddəratlarını təyinetmə üçün etnik komponentin miqyaslı süni şişirdilməsindən imtina etməyi nəzərdə tutur.

GürcüstandanBaltikyanı ölkələrdən fərqli olaraq, Ukrayna, tarix göstərdiyi kimi, milli dövlət formasında mümkün deyil, və onu bu cür "qurmaq" cəhdləri də nəticədə nasizmə gətirib çıxarır. Ukraynizm - öz mədəni məzmunu olmayan süni antirus konstruksiyadır, yad sivilizasiyanın tabe elementidir. Bandera elementi yalnız icraçı, örtük və Nazi Ukraynanın Avropa layihəsi üçün gizlənmə elementi olduğuna görə debanderizasiya denasifikasiya üçün kifayət deyil, bu səbəblə Ukraynanın de-nasiləşdirməsi onun qaçılmaz deavropalaşdırılmasıdır.

Ukrayna cəmiyyətinin banderaçı yüksək təbəqəsi aradan qaldırılmalıdır, onların tərbiyə edilməsi mümkün deyil. Onları fəal və passiv şəkildə dəstəkləyən sosial "bataqlıq" isə müharibənin çətinliklərini yaşamalı və yaşanan təcrübəni tarixi bir dərs və günahlarının bədəli kimi qəbul etməlidir. Nasist rejimi dəstəkləməyənlər, onlardan və Donbassda başlatdıqları müharibədən əziyyət çəkənlər birləşməli və təşkilatlanmalı, yeni hakimiyyətin, onun şaquli və üfuqi dayaqlarına çevrilməlidirlər. Tarixi təcrübə göstərir ki, hərbi dövrün faciələri və dramları Rusiya düşməninin rolu ilə aldanmış və maraqlanan xalqların xeyrinədir.

Hərbi əməliyyatın əsas məqsədi olan denasifikasiya Kiyev rejimi üzərində hərbi qələbə, ərazilərin nasiləşdirilməsinin silahlı tərəfdarlarından azad edilməsi, bununla razılaşmayan nasistlərin ləğvi, hərbi cinayətkarların əsir götürülməsi, eləcə də gələcək dinc vaxtının sonrakı denasifikasiyası üçün sistemli şəraitin yaradılması kimi başa düşülür.

Bütün bunlar denasifikasiya məqsədlərinə nail olmaq üçün əhalini dəstəyini, terrordan, zorakılıqdan və Kiyev rejiminin ideoloji təzyiqindən azad olunandan və informasiya təcridindən çıxarıldıqdan sonra onun Rusiyaya tərəfinə keçməli olduğunu nəzərdə tutur. "Katolik əyaləti" (beş vilayətin təşkil etdiyi Qərbi Ukrayna) rusiyapərəst ərazilərin tərkibinə çətin ki, daxil olsun. Lakin ayırma xətti təcrübəli şəkildə müəyyən ediləcək. Onun arxasında Rusiyaya düşmən olan, lakin nasizmin formal əlamətlərinin qadağan olunduğu və şəkildə məcburi neytrallaşdırılmış və silahsızlaşdırılmış Ukrayna qalacaq.  Rusiyaya nifrət edənlər oraya gedəcəklər. Bu qalığın Ukraynanın neytral vəziyyətdə qalmağına təminat isə tələblərə əməl edilmədikdə hərbi əməliyyatların dərhal davam etdirilməsi təhlükəsi olmalıdır. Ola bilsin ki, bunun üçün Rusiyanın bu ərazidə daimi hərbi mövcudluğu tələb olunsun. Ayırma xəttindən Rusiya sərhədinə qədər daxili təbiətinə görə anti-faşist olan və Rusiya sivilizasiyasına potensial inteqrasiya ərazisi yerləşəcəkdir. Hərbi fazadan başlanan Ukraynanın denasifikasiya əməliyyatı sülh dövründə də hərbi əməliyyatla eyni məntiqlə həyata keçiriləcək. Hər bir mərhələdə dönməz dəyişikliklərə nail olmaq lazımdır ki, bu da müvafiq mərhələnin nəticələri olacaq. Belə ki, denasifikasiyanın zəruri ilkin addımlarını aşağıdakı kimi müəyyən etmək olar:

  • silahlı nasist birləşmələrinin (Ukrayna Silahlı Qüvvələri də daxil olmaqla, bütün Ukrayna silahlı birləşmələri), həmçinin onların fəaliyyətini təmin edən hərbi, informasiya və təhsil infrastrukturlarının ləğv edilməsi;
  • azad edilmiş ərazilərdə əhalini gizli nasist qruplarının terrorundan qoruyan xalq özünüidarəetmə və polis (müdafiə və hüquq-mühafizə) orqanlarının formalaşdırılması;
  • Rusiya informasiya məkanının gətirilməsi;
  • nasist ideoloji qurğuları olan bütün tədris materiallarının və təhsil proqramlarının qadağan edilməsi;
  • hərbi cinayətlərə, insanlığa qarşı cinayətlərə, nasist ideologiyasının yayılmasına və nasist rejiminin dəstəklənməsinə görə məsuliyyət daşıyanları müəyyən etmək üçün kütləvi istintaq işlərinin aparılması;
  • ölüm cəzası və ya azadlıqdan məhrum etmə cəzası tətbiq olunmayanlar arasında olan nasist rejimi dəstək edənlərinin adlarının açıqlanması, nasist fəaliyyətinə görə cəza qaydasında dağıdılmış infrastrukturun bərpası üzrə məcburi işlərə cəlb edilməsi;
  • Rusiyanın kuratorluğu ilə yerli səviyyədə "aşağıdan" denasifikasiyanın əsas normativ aktlarının qəbul edilməsi, nasist ideologiyasının dirçəlişinin bütün növlərinin və formalarının qadağan edilməsi;
  • Ukrayna nasizminin qurbanlarına memorialların, xatirə nişanlarının, abidələrin yaradılması, onunla mübarizə aparmış qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi;
  • Yeni yaranacaq xalq respublikalarının Konstitusiyalarına mextəlif antifaşist və denasifikasiyaya yönəlmiş normaların daxil edilməsi.      

Tək nasist Ukraynanın banderaçı versiyası yox, həm də və ilk növbədə Qərb totalitarizmi, Qərbin sıradığı deqradasiya və parçalanma proqramları, Qərb və ABŞ-a tabe mexanizmlər də ləğv olunacaq.

Ukraynanın denasifikasiyası eyni zamanda onun dekolonizasiyasıdır ki, bunu da Ukrayna əhalisi Avropa seçiminin cazibəsindən və asılılığından azad olmağa başlayandan sonra dərk etməlidir.

 


DİGƏR YAZILAR