Qənirə Möylamova Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisası üzrə bakalvr təhsili alıb. Hazırda Xəzər Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə təhsil alır. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf üzrə mütəxəssis vəzifəsində çalışır. Əsas maraq sahəsi Dördüncü sənaye inqilabı texnologiyalarının gələcəkdə qlobal iqtisadiyyat üzərindəki təsiridir.